Şriftin ölçüsü :

Saytın rəngi :

26 fevral - Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

26 fevral 2026 | 14:44
Zərdab Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq “26 fevral - Xocalı Soyqırımı”nın 34-cü ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar oxunması ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən “Xocalı Soyqırımı”nın 34-cü ildönümünə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib, Şəhidlərin Xatirə parkında abidə önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xocalı Soyqırımının insanlığa və bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu bildirib, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin gördüyü işlərdən danışıb. Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Xocalı Soyqırımı qurbanlarının da qisasını aldığını, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.
Bu gün saat 17:00-da rayon ərazisində Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.
Keçidlər