Şriftin ölçüsü :

Saytın rəngi :

26 noyabr 2022-ci il tarixdə zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirildi

26 noyabr 2022 | 11:38

Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə İsaqbağı kənd tam orta məktəbində  “Narkomaniya qarşı mübarizə”, “Erkən nikah və qohumlar arasında nikahın mənfi təsirləri”, “Dini radikalizmin fəsadları” və “İnsan alverinə qarşı mübarizə” mövzusunda məktəblilərlə görüş keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Rayon Polis şöbəsinin rəisi, Gənclər və İdman idarəsinin rəisi,  məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.  Çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, erkən nikahların və qohumlar arasında nikahların yaratdığı fəsadlardan, dini radikalizm-ekstremizmin törətdiyi bəlalardan, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən bəhs etdilər.

Tədbirdə qeyd olunan mövzulara dair video çarx nümayiş etdrildi, qarşılıqlı müzakirələr aparıldı, o cümlədən iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər