Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA 31 MART SOYQIRIMININ QURBANLARI YAD EDİLDİ

31 mart 2015 | 15:00

31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlər keçirilir. 30 mart 2015-ci il tarixdə rayon gənclərinin və YAP fəallarının bir qrupu Quba kütləvi məzarlığını ziyarət etmişlər. 31 mart 2015-ci il tarixdə isə rayonun əmək kollektivlərinin nümayəndələrinin, rayon fəallarının, veteranların, ağsaqqal və ziyalıların, yuxarı sinif şagirdlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri keçirilmişdir. Rayon rəhbərliyi və iştirakçılar əvvəlcə Heydər Əliyev  Mərkəzində soyqırıma həsr olunmuş rəsmlərə, divar qəzetlərinə və kitablardan ibarət sərgiyə baxış keçirmişlər. Sonra 31 mart Azərbaycanlıların soyqırımından bəhs edən videoçarx nümayiş etdirilmişdir. Daha sonra Şəhidlərin Xatirə parkını ziyarət edərək Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoymuşlar.
Anım mərasiminin rəsmi hissəsində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev geniş nitq söyləmişdir. O, qeyd edib ki, 19-cu əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqələrini viran etmiş, bir milyondan artıq soydaşımızı soyqırıma məruz qoymuşlar. Ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 97 il ötür. Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən  hadisələr əsl qiymətini aldı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi.
Müasir Azərbaycan dövlətinin yaradıcısı Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Respublika Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev torpaqlarımızın erməni işğalından azad olunması üçün böyük işlər görür. Dünyanın ən böyük dövlətləri və bütün mütərəqqi qüvvələri ilə danışıqlar aparır, münaqişənin sülh yolu ilə həllinə çalışır.
Natiq qeyd etdi ki, xalqımızın başına gətirilən bu müsibətlərin beynəlxalq aləmdə həqiqi qiymətini alması istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır.
Gün ərzində rayonun bütün məscidlərində soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunub.

Keçidlər