Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirildi

24 aprel 2015 | 15:00

Zərdab rayon Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA–nın qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92 illiyinə həsr olunmuş “Nura can atan böyük qəlbin sahibi”  adlı tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Zərifə xanımın həyat və elmi fəaliyyətini əks etdirən foto və kitab sərgisinə baxmışlar. Daha sonra tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etmiş, Zərifə xanım Əliyeva haqqında filmə baxmışlar.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru giriş sözü ilə açmışdır. O qeyd etmişdir ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92 illiyinə həsr edilmiş tədbir həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilir, xatirəsi sonsuz məhəbbətlə anılır. Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil edir.
Tədbirdə çıxış edənlər Zərifə xanım Əliyevanın tibb elminə bəxş etdiyi töhfələrdən söhbət açmışdır.
Məktəblilərin ifasında şeirlər səsləndirilmişdir.

Keçidlər