27 sentyabr - Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
24 sentyabr 2026 | 10:10
Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən 27 sentyabr - Anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Həmin tədbirlər çərçivəsində 24 sentyabr 2026-cı il tarixdə ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində Heydər Əliyev parkının ərazisində və Zərdab-Mollakənd avtomobil yolunun kənarında 250 ədəd müxtəlif növ ağaclar əkilib.






