Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr – Anım Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər davam etdirilir

24 sentyabr 2026 | 16:31

Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən 27 sentyabr - Anım günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət nümunəsi göstərən Zərdab rayonundan olan şəhidlərimizin ailələri ziyarət edilir. Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Zərdab şəhəri, Gəlmə və Məlikumudlu kəndlərində şəhidlərimiz – Anar Məmmədzadə, Rəhim Hüseynov, İbrahim Cəbrayıllının ailəsini ziyarət etmiş, onların ruhuna dualar oxunmuşdur. Qəhrəman övlad yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə minnətdarlıq edilmişdir. Şəhidlərin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağı diqqətə çatdırılmışdır. Şəhid ailələrinin üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər. Ailələrə ərzaq sovqatları təqdim edilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Keçidlər