27 sentyabr - “Anım günü” ilə əlaqədar Zərdab rayonundan olan şəhidlərimizin ailələri ziyarət edilir
Zərdab Rayon İcra Hakimiyyətinin 27 sentyabr - “Anım günü” ilə əlaqədar tədbirlər planına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət nümunəsi göstərən Zərdab rayonundan olan şəhidlərimizin ailələri ziyarət edilir. 25 sentyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri tərəfindən Böyük Dəkkə kənd sakini, şəhid Abdullazadə Nurlan Rasim oğlunun və Zərdab şəhər sakini, şəhid Vəliyev İbrahim Ələmşah oğlunun ailələri ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Şəhidlərin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər. Ailələrə ərzaq sovqatları təqdim edilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir.