Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr – “Anım günü” ilə əlaqədar Zərdabda silsilə tədbirlər keçirilir

25 sentyabr 2023 | 15:14

Zərdab Rayon İcra Hakimiyyətinin 27 sentyabr - “Anım günü” ilə əlaqədar tədbirlər planına uyğun olaraq 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət nümunəsi göstərən Zərdab rayonundan olan şəhidlərimizin ailələri ziyarət edilir. 25 sentyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı, YAP Zərdab rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  din xadimləri tərəfindən Gəlmə kənd sakini, şəhid Hüseynov Rəhim Qədir oğlunun ailəsi ziyarət olunmuş, şəhidin ruhuna dualar oxunmuşdur. Qəhrəman övlad yetişdirdiklərinə görə şəhidin valideynlərinə minnətdarlıq edilmişdir. Şəhidlərin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağı diqqətə çatdırılmışdır.

Şəhidin ailəsi onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.
Ailəyə ərzaq sovqatları təqdim edilmişdir.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Keçidlər