"27 sentyabr - Anım Günü"nün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
25 sentyabr 2025 | 12:10
Zərdab Rayon İcra Hakimiyyətinin 27 sentyabr - Anım gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər planına uyğun olaraq keçirilən silsilə tədbirlərin davamı olaraq 25 sentyabr 2025-ci il tarixdə Zərdab şəhərindəki Heydər Əliyev parkında ağacəkmə aksiyası keçirilib. Aksiyada Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində parkın ərazisində 250 ədəd müxtəlif növ ağaclar əkilib.






