ZƏRDAB RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANADAN OLMASININ 92-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
Zərdab Rayon Mərkəzi Xəstəxanasında tibb elminin inkişafına göstərdiyi xidmətləri ilə xalqımızın qəlbində özünə əbədi məbəd tikmiş görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə konfrans keçirilib. Tədbirdə Mərkəzi Xəstəxananın baş həkimi Ruslan Nemətov bildirib ki, Zərifə xanım geniş bilik diapazonu, həssaslıq və nəcibliyi ilə həkimliyin, alimliyin, həm də pedaqoqluğun ali zirvəsinə yüksəlib. Müasir Azərbaycan dövlətinin qurucusu, bütün mənalı həyatını vətənin və xalqın tərəqqisinə həsr etmiş Ümummilli liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanım Əliyeva Azərbaycan qadınları üçün qürur və iftixar mənbəyidir. Görkəmli oftalmoloq-alim 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifi olmaqla yanaşı, həm də yüksək ixtisaslı həkim kadrlarının yetişməsində fədakarlıq göstərib. Zərif barmaqları ilə insanların gözlərinə nur bəxş edən görkəmli alimin xarakterində təcəssüm tapan nəcib xüsusiyyətlər onu xeyirxah bir insan kimi də qəlblərdə yaşadır.
Konfransda oftalmoloq həkimlər çıxış edərək Zərifə xanım Əliyevanın gözün zədələnməsinin öyrənilməsi və müalicəsi sahəsindəki kəşflərinə nəzər salıblar.
Digər çıxış edənlər onu həm də qayğıkeş ana kimi xarakterizə ediblər.