Şriftin ölçüsü :

Saytın rəngi :

27.08.2026-cı il tarixdə Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib

27 avqust 2026 | 14:16

Tədbirdə Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əmək kollektivi iştirak etmişdir. Görüş zamanı suvarma mövsümünün gedişi, kənd təsərrüfatı sahələrinin su təminatının yaxşılaşdırılması, su itkilərinin azaldılması və mövcud suvarma şəbəkələrinin səmərəli istismarı məsələləri müzakirə olunmuşdur. Eyni zamanda, suvarma növbələrinin düzgün təşkili, su istifadəçiləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, təsərrüfatlarda suya qənaət edən müasir suvarma üsullarının tətbiqi, kanalların və digər su təsərrüfatı obyektlərinin təmizlənməsi və təmir-bərpası istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin kənd təsərrüfatı bitkilərinin suvarma tələbatının düzgün müəyyənləşdirilməsi, su ehtiyatlarından qənaətlə istifadə olunması, suvarma sistemlərində yaranan nasazlıqların vaxtında aradan qaldırılması, əməkdaşların qarşısında duran vəzifələr və qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilmişdir. Suvarma sahəsində xidmət keyfiyyətinin daha da yüksəldilməsinin və fermerlərlə işin səmərəli təşkilinin vacibliyi xüsusi vurğulanmışdır.

Keçidlər