ZƏRDABDA ÇERNOBIL ƏLİLLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ
25 aprel 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev hadisənin yaratdığı fəsadlardan söhbət açmışdır. Bildirmişdir ki, Azərbaycandan, o cümlədən Zərdabdan da ümumilikdə 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdür. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmiş, onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan dəymişdir. Hadisədən artıq 29 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.
Qeyd olunmuşdur ki, Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk imzaladığı sənədlərdən biri 1993-cü il dekabrın 6-da “Çernobıl iştirakçılarının sosial müdafiəsi haqqında” Qanun olmuşdur. Bu, Çernobıl iştirakçılarına göstərilən diqqət və qayğının təzahürü olmaqla, həmin insanlara xeyli güzəştlərin tətbiqinə imkan yaratmışdır.
Hazırda da Azərbaycan dövləti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü rəhbərliyi sayəsində gündən-günə inkişaf edir, qüdrətlənir və sözsüz ki, dövlətimizin maliyyə imkanları artdıqca əhalinin sosial müdafiəsi tədbirləri də genişlənir. Bu tədbirlərdə Çernobıl iştirakçıları o cümlədən də Zərdab rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar da unudulmurlar.
Tədbirin sonunda görüş iştirakçılarına yardımlar edilmişdir.
Çernobıl əlilləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etmişlər.