Şriftin ölçüsü :

Saytın rəngi :

28 aprel 2026-cı il tarixdə ümumtəhsil müəssisələrində çalışan psixoloqlarla görüş keçirilib

28 aprel 2026 | 16:10

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində  Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə  təşkilatçılığı ilə “Qloballaşma dövrünün məktəbliləri və onların psixologiyası”  mövzusunda  ümumtəhsil məktəblərinin psixoloqları və uşaq birliyi təşkilatı rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Tədbirdə uşaq və yeniyetmələr arasında intihar, məişət zorakılığı hallarının qarşısının alınması məsələləri ətrafında söhbətlər aparılıb, şagirdlərin psixologiyasına təsir göstərən mənfi amillərdən bəhs edilib, problemlərin həlli istiqamətində atılacaq addımlar müzakirə olunub. Həmçinin, müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların, dəyərlərimizə ziyan  vurmasından, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışmasından və bu problemlərlə mübarizədə psixoloqların üzərinə düşən vəzifələrdən danışılıb və vəzifələrini layiqincə yerinə yetirmək tövsiyə edilib.

 

Keçidlər