Şriftin ölçüsü :

Saytın rəngi :

28 fevral 2024-cü il tarixdə 3 nömrəli tam orta məktəbdə valideynlərlə görüş keçirilib

28 fevral 2024 | 19:07

Şəhər 3 nömrəli tam orta məktəbində Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı və Təhsil sektorunun,  Gənclər evi SXM-in iştirakı ilə “Cəmiyyətdə baş verən mənfi hadisələrdən övladlarımızı qoruyaq” mövzusunda  valideynlərlə görüş keçirilib.

Tədbirdə gənclərimizin həyatını məhv edən narkotik vasitələr, psixotrop maddələr, erkən nikah problemləri, çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri səbəbindən milli-mənəvi dəyərlərin aşınmasından danışılmışdır. Həmçinin çıxış edənlər müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların, dəyərlərimizə ziyan vurmasından, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışmasından və bu problemlərlə mübarizədə valideynlərin üzərlərinə düşən öhdəliklərdən söhbət açmışlar.

Sonda qeyd olunan mövzularda videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.

Keçidlər