Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA VERGİ ÖDƏYİCİLƏRİNƏ XİDMƏT MƏRKƏZİNİN AÇILIŞI OLDU

14 may 2015 | 15:00

14 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 9 saylı Ərazi Vergilər İdarəsinin Zərdab rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov, Vergilər Nazirliyinin Xidmət baş idarəsinin rəisi Elçin Məmmədov, 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ədalət Fərəcov və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev açılış mərasimində çıxış edərək qonaqları salamlamış, açılış münasibətilə iştirakçıları təbrik etmişdir.
Vergi ödəyicilərinə xidmət mərkəzinin yeni inzibati binasının rəmzi qırmızı lenti kəsilərək inzibati binanın açılışı rəsmən qeyd edilmiş, qonaqlar binada yaradılmış şəraitlə tanış olmuşlar.
Çıxış edənlər bildirmişlər ki, yeni istifadəyə verilən xidmət mərkəzi vergi ödəyicilərini narahat edən məsələlərin həllində onlara yardımçı olacaq, eləcə də rayon ərazisində vergi yığımına öz müsbət təsirini göstərəcəkdir. Odur ki, onlar vergi ödəyicilərinə göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər