Ağdam Dövlət Dram Teatrının kollektivi Zərdabda məktəblilər qarşısında çıxış etdi
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında 28 oktyabr 2014-cü il tarixdə keçirilən yığıncaqda Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin çıxışında səslənən fikirlərdən irəli gələn vəzifələrin Zərdab rayonunda icrası ilə bağlı Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər davam etdirilir.
Tədbirlər planının icrası çərçivəsində uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə Ağdam Dövlət Dram Teatrının kollektivinin 500 nəfərlik Zərdab şəhər mədəniyyət evində çıxışı təşkil olunub. Uşaqlar üçün “Qırmızı papaq”, böyüklər üçün “Gecə yarısı soyğunçuluq” adlı tamaşalar nümayiş etdirilib.
2 seansda 1000 nəfərin qarşısında təşkil olunan tamaşa izləyicilərin zövqünü oxşayıb.
Rayonda müvafiq tədbirlər planının icrası istiqamətində silsilə tədbirlər davam etdirilir.