ZƏRDABDA 28 MAY RESPUBLİKA GÜNÜ QEYD OLUNDU
27 may 2015-ci il tarixdə Zərdab şəhərindəki Heydər Əliyev parkında 28 May Respublika Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül və çiçək dəstələri qoymuşlar.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcud olduğu 23 ay ərzindəki fəaliyyəti barədə ətraflı məlumat vermişdir. İcra başçısı həmçinin çıxışında Respublikamızın 18 oktyabr 1991-ci il tarixdən dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışmış, bu siyasətin sonralar möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini qeyd etmiş və bildirmişdir ki, hazırda ölkəmiz sosial-iqtisadi inkişafının sürətinə görə dünya dövlətləri arasında öncül yerlərdən birini tutur. Natiq qeyd etmişdir ki, bu inkişaf Zərdab rayonundan da yan keçməmiş, son dövrdə Zərdabda nəzərəçarpacaq dərəcədə tikinti-quruculuq, abadlıq işləri görülmüş, insanların sosial problemlərinin həllinə diqqət və qayğı xeyli artırılmışdır.
Bütün sahələrdə ölkəmizin sürətli inkişafını təmin etdiyinə, o cümlədən Zərdaba və zərdablılara göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlığını bildirən icra başçısı sonda bir daha bütün rayon sakinlərini 28 May Respublika Günü münasibətilə ürəkdən təbrik etmişdir.