Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA “İSTEDADLAR SORAĞINDA-2015” BAXIŞ MÜSABİQƏ QALİBLƏRİNİN MÜKAFATLANDIRILMASI MƏRASİMİ VƏ YEKUN KONSERTİ KEÇİRİLDİ

30 may 2015 | 15:00

İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onlarla aparılan işin daha da yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması üçün dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələrin Zərdab rayonu ərazisində icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti və müvafiq qurumların rəhbərləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilmişdir.
Hər il olduğu kimi bu il də Rayon İcra Hakimiyyətinin başçısı 29 mart 2015-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş “İstedadlar sorağında-2015” baxış müsabiqəsinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq bu ilin aprel-may aylarında 3 mərhələdən ibarət baxış müsabiqəsi keçirilmiş, ilkin mərhələdə 850 nəfərə qədər istedadlı uşaq və gənc bu müsabiqəyə qatılmış, sonda 40 nəfər uşaq və gənc müxtəlif nominasiyalar üzrə mükafata layiq yerlər tutmuşlar.
29 may 2015-ci il tarixdə isə Zərdab şəhərində Heydər Əliyev parkında “İstedadlar sorağında-2015” baxış müsabiqəsinin yekununa həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev baxış müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu, istedadlı gənc oğlan və qızların respublika səviyyəli tədbirlərdə çıxışlarının təşkili üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırmışdır.
Sonra rayon rəhbəri tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasim baxış müsabiqəsi qaliblərinin yekun konserti ilə davam etdirilmişdir.

Keçidlər