ZƏRDABDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLDİ
13 iyun 2015-ci il tarixdə Zərdabda 15 iyun Milli Qurtuluş günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev “Azərbaycanın qurtuluşunun və yüksəlişinin dönüş nöqtəsi” mövzusunda məruzə ilə çıxış etmiş, Milli Qurtuluş gününün tarixi haqqında məlumat vermişdir. İcra başçısı bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin sosial-iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş uğurlu addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir.
Milli Qurtuluş günü münasibətilə axşam saatlarında Heydər Əliyev parkında konsert proqramı təşkil ediləcəkdir.