Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Zərdab şəhərində vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 19 iyun 2015-ci il tarixdə Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərindən və Zərdab Yevlax, Ağdaş, Ucar, Kürdəmir, İmişli, Beyləqan, Xocavənd rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Müraciətlər əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, sağlamlıq, qeyri-qanuni nikah məsələləri və sair məsələlərlə əlaqədar olmuşdur.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, müraciətlərin çoxu yerindəcə öz həllini tapmış, araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınmış, həlli ilə bağlı müvafiq şəxslərə konkret tapşırıqlar verilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara göndərilmək üçün qeydiyyata götürülmüşdür.
Vətəndaşlar yaradılmış rahatlıq üçün razılıq etmiş, bölgələrdə bu cür qəbulların keçirilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova zərdablı qadınlarla görüş keçirmişdir. Görüşdə qadınların cəmiyyətdə rolu, onların hüquq və vəzifələrinin qorunması ətrafında söhbət aparılmışdır.