Şriftin ölçüsü :

Saytın rəngi :

29 mart 2023-cü il tarixində Zərdab şəhər 3 nömrəli tam orta məktəbində təhsilalanlarla görüş keçirildi

29 mart 2023 | 17:16

Zərdab Rayon İcra Hakimiyyətinin, Zərdab Rayon Polis şöbəsinin və Zərdab Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhər 3 nömrəli tam orta məktəbində “Zərərli vərdişlərə qarşı mübarizədə gənclərin rolu” və “İnsan alverinə qarşı mübarizə”  mövzusunda təhsilalanlarla görüş keçirildi. Görüş  zamanı narkomaniyanın, erkən nikahın, dini radikalizmin zərərləri, onların məhvedici sonluğu və bu kimi halların insan həyat və sağlamlığında yaratdığı mənfi nəticələri barədə  məlumatlar diqqətə çatdırıldı. Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırıldı.

Keçidlər