Şriftin ölçüsü :

Saytın rəngi :

29 noyabr 2022-ci il tarixdə Pərvanlı kənd tam orta məktəbində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

29 noyabr 2022 | 15:49

Zərdab rayon Pərvanlı kənd tam orta məktəbində  Rayon İcra Hakimiyyətinin,  Polis şöbəsinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.  Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin,  Gənclər və İdman İdarəsinin, Gənclər evinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib. Çıxış edənlər zorakılığa yol açan səbəblərin başında təhsilsizlik, narkomaniya,   iqtisadi  asılılıq və  hüquqi bilgisizlik dayandığını vurğulayıb.  Həmçinin zorakılığa məruz qalan şəxslərin çox vaxt  belə halları gizli saxladığını, aidiyyəti orqanlara gec müraciət etdiklərini bildiriblər. Bunun üçün məktəb psixoloqları və valideynlərin daim əlaqəli işləməsinin vacibliyini qeyd edilib. Tədbir şagirdlərin  və qonaqların maraqlı müzakirələri ilə davam edib.

Keçidlər