Zərdabda daha iki yaşayış məntəqəsinə təbii qaz verildi
24 iyul 2015-ci il tarixdə rayonun Əlibəyli və Allahqulubağı kənlərində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilmişdir. Kənddə 31600 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 269 evə sayğac quraşdırılmış, qaz pilətələrinin quraşdırıldığı məsafəyə qədər xətt çəkilmişdir.
Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, artıq bununla rayonun 17 yaşayış məntəqəsində vətəndaşlar təbii qazdan istifadə edəcəklər. Hazırda rayonun digər yaşayış məntəqələrində qazlaşma işləri davam etdirilir. Qeyd edilmişdir ki, Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın firavan yaşayışının təşkili istiqamətində ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən yaxın illərdə rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcəkdir.
Kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişdirlər.
Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Açılış mərasimində “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İbrahim Kərbəlayev iştirak etmişdir.