Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı rayonun Bıçaqçı kənd sakinləri ilə qəbul-görüş keçirdi

18 avqust 2015 | 15:00

18 avqust 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev rayonun Bıçaqçı kəndinin sakinləri ilə qəbul-görüş keçirmişdir.
Görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, rayonun xidmət təşkilatlarının rəhbərləri, ziyalılar iştirak etmişlər.
İcra başçısı son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Respublikamızda həyata keçirilən tədbirlər rayonumuzdan da yan keçməmiş, Zərdabda da böyük tikinti-quruculuq işləri aparılmış, əhalinin sosial problemlərinin əksəriyyəti öz həllini tapmışdır. Rayonda qazlaşma işləri sürətlə davam etdirilir, artıq 17 yaşayış məntəqəsinin qazlaşması başa çatdırılmış, hazırda 11 yaşayış məntəqəsinə təbii qaz  xəttinin çəkilişi aparılır. Şəhər əhalisinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması məsələsi öz müsbət həllini tapmış, elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə başlanılmış, şəhər və kəndlərimizin küçələrinin təmiri və yenidən qurulması istiqamətində iş aparılır.
Görüşdə çıxış edən Məzahir Səmədov, Əhməd Məlikov, Talıb Talıbov və başqaları ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş, eyni zamanda kəndə təbii qaz xəttinin çəkilməsi, kənd tam orta məktəbinin əsaslı təmir edilməsi, 1890-cı ildə tikilmiş, indiyədək təmir edilməmiş və hazırda qəzalı vəziyyətdə olan kənd uşaq bağçası üçün yeni binanın tikilməsi, kəndarası yolların təmir edilməsi və sair məsələlərlə bağlı öz təklif və xahişlərini bildirmişlər.
Sonda irəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər