Şriftin ölçüsü :

Saytın rəngi :

30 oktyabr 2026-cı il tarixində Zərdab Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Rayon Polis Şöbəsinin əməkdaşları Gəlmə kənd tam orta ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirdləri, müəllimlər və valideynlərlə görüşüb

30 oktyabr 2026 | 18:01

Görüşdə ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən bəhs edilmiş, narkomaniyadan qorunmağın yolları şagirdlərə izah olunmuşdur. Həmçinin şagirdləri problemlərin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirmək üçün valideyn və məktəb pedoqoji kollektivinin üzərinə düşən vəzifələrdən danışılmış, təhsilin gələcəyimiz üçün önəmli olduğu qeyd olunmuşdur. Sonda qeyd olunan mövzularda video çarx nümayiş olunmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər