Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiyası məsələlərinə dair dəyirmi masa keçirildi

19 avqust 2015 | 15:00

19 avqust 2015-ci il tarixdə Zərdab rayonunda İcra Hakimiyyəti və Respublika Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Zərdab Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası, yerli icra nümayəndələri və bələdiyyələrlə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiyası məsələlərinə dair Dəyirmi Masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini-Rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəhman Feyzullayev icra hakimiyyəti orqanları ilə Aran Regional Mərkəzinin iş təcrübəsi-problemlər, istifadə olunmamış imkanlar, perspektivlər barədə ətraflı məlumat vermişdir.
Sonra Aran Regional Mərkəzinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi-idarə rəisinin müavini Elşən Bəşirov “Aran Regional Mərkəzinin fəaliyyət istiqamətləri, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, problemlər və onların həlli yolları”, Aran Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti Azər Mahmudov “Əhalinin maarifləndirilməsi işləri, mövsümlə əlaqədar baş verəcək hadisələr və fövqəladə hallar baş verərkən həyata keçirilən addımlar”, Aran Reginoal Mərkəzinin Təlim və əməliyyat-planlaşdırma şöbəsinin zabiti İlqar Dəmirov “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili”, Fövqəladə halların monitorinqi və texniki təhlükəsizlik işinin təşkili sektorunun baş məsləhətçisi Xəyal Əliyev “Zərdab rayonu ərazisində, əsasən də Kür və Türyançay çayları boyunca yerləşmiş yaşayış məntəqələrində aparılmış monitorinq işləri və mövcud vəziyyət” mövzusunda məruzələrlə çıxış etmişlər.
Tədbirdə Zərdab Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev, Təhsil Şöbəsinin müdiri Baba Babayev, Telekommunikasiya Qovşağının rəisi Zeynalabdin Məmmədov, 32 saylı Yol İstismar İdarəsinin rəisi Cahangir Mahmudov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəşid Hüseynov, İcra Hakimiyyəti Başçısının Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Xəlilov çıxış edərək Zərdab rayonu ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması istiqamətində görülmüş işlər və qarşılıqlı fəaliyyətinin təşkilinin mövcud vəziyyətindən söz açmış, təklif və mülahizələrini söyləmişlər.
Dəyirmi masaya Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini-Rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəhman Feyzullayev yekun vurmuşdur.

Keçidlər