Şriftin ölçüsü :

Saytın rəngi :

30.11.2023-cü il tarixdə Zərdab əhər 1 saylı məktəb-liseydə təhsilalanlarla görüş keçirilib

30 noyabr 2023 | 18:13

30 noyabr 2023-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Rayon  Polis şöbəsinin təşkilatçılığı və Gənclər evi SXM-nın iştirakı ilə şəhər 1 saylı məktəb-liseydə "Sağlam həyat naminə zərərli vərdişlərə son!" devizi ilə “Narkomaniya ilə mübarizə”, “Erkən nikah problemləri”, “Dini radikalizmin fəsadları” mövzusunda təhsilalanlarla görüş keçirildi. Görüş  zamanı çıxış edənlər zərərli vərdişlərin, erkən nikahların insan üçün psixoloji və bioloji zərərləri, dini radikalizmin fəsadları və mənfi nəticələri, məişət zorakılığı, uşaqlara qarşı zorakılıq haqqında ətraflı məlumat verərək onları bu cür mənfi hallardan uzaq olmağa çağırdılar. Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırıldı.

Keçidlər