Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı rayonun Məlikli kənd sakinləri ilə qəbul-görüş keçirdi

25 avqust 2015 | 15:00

25 avqust 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev rayonun Məlikli kəndinin sakinləri ilə qəbul-görüş keçirmişdir. Görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, rayonun xidmət təşkilatlarının rəhbərləri, ziyalılar iştirak etmişlər.
İcra başçısı son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Respublikamızda həyata keçirilən tədbirlər Zərdab rayonundan da yan keçməmiş, rayonda böyük tikinti-quruculuq işləri aparılmış, əhalinin sosial problemlərinin əksəriyyəti öz həllini tapmışdır. Rayonda qazlaşma işləri sürətlə davam etdirilir, artıq 18 yaşayış məntəqəsinin qazlaşması başa çatdırılmış, hazırda 10 yaşayış məntəqəsinə, o cümlədən Məlikli kəndinə təbii qaz  xəttinin çəkilişi davam etdirilir. Şəhər əhalisi ekoloji cəhətdən təmiz içməli sudan istifadə edir. Rayonda elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə başlanılmış, küçə və yolların təmiri və yenidən qurulması istiqamətində iş aparılır.
Görüşdə çıxış edən kənd sakinləri Əlağa Bəşirov, Yeganə Kərimova, Nərbala Xancanov və başqaları ölkəmizdə və rayonumuzda görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş, eyni zamanda kənd tam orta məktəbinin binasının əsaslı təmir olunması, uşaq bağçası üçün yeni binanın tikilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərinin yenisi ilə əvəz olunması, kənd sahə xəstəxanası üçün yeni binanın tikilməsi və sair məsələlərlə bağlı öz təklif və xahişlərini bildirmişlər.
Sonda irəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər