Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətində qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işləri müzakirə edildi

31 avqust 2015 | 15:00

31 avqust 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şura iclasında 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
İclasda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək qeyd etmişdir ki, bu gün ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən tədbirlər əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verir. Zərdab rayonunda payız-qış mövsümünə hazırlıq işləri hər il diqqət mərkəzində saxlanılır. Görülən tədbirlərin nəticəsidir ki, rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə tam təchiz olunmuşdur. Kəndlərin qazlaşdırılması işləri diqqət mərkəzində saxlanılır. Artıq rayonun 18 yaşayış məntəqəsi tam qazlaşdırılmış, digər kəndlərin qazlaşdırılması işləri davam etdirilir. Bu isə öz növbəsində qış aylarında mənzillər, inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin qızdırılmasına, yaranan çətinliklərin aradan qaldırılmasına imkan verir.
Sonra aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri qarşıdan gələn payız-qış mövsümünə hazırlıq sahəsində görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat vermişlər.
İcra Hakimiyyətinin başçısı iclasın sonunda aidiyyəti təşkilat rəhbərlərinə konkret tapşırıqlar vermişdir. Bildirmişdir ki, qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilməli, istismara yararsız, standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıq və xətlərinin yenilənməsi diqqət mərkəzində saxlanılmalıdır. Davamlı və dayanıqlı təbii qazla təminat da diqqət mərkəzində saxlanılmalı, qaz təchizatı sistemində texniki baxış tədbirləri qısa müddətdə həyata keçirilməli, nasazlıqlar vaxtında aşkar edilərək aradan qaldırılmalı, istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqlarının müəyyən edilərək yenilənməsinə nəzarət artırılmalı, sayğacdankənar istifadə hallarının qarşısının alınması üçün tədbirlər görülməlidir. Rayonda kənd təsərrüfatı sahəsinin inkişafı üçün zəruri tədbirlər görülməli, xüsusən, sudartan nasosların payız-qış mövsümündə normal işləməsi üçün lazımi işlər görülməli, əhalinin içməli su ilə təminatında fasilələrə yol verilməməsi üçün vaxtaşırı zəruri təmir işləri aparılmalıdır. İcra başçısı payız-qış mövsümünə hazırlıqla bağlı şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin qarşısında da mühüm vəzifələr durduğunu bildirərək, qış mövsümünə hazırlıq üçün müvafiq tədbirlər görülməsinin zəruriliyini  onların diqqətinə çatdırmışdır.

Keçidlər