Zərdab rayonu 3-cü Beynəlxalq Mürəbbə festivalında qızıl medal qazanmışdır
29-30 avqust 2015-ci il tarixlərdə Qəbələdə Respublika Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3-cü Beynəlxalq Mürəbbə festivalı keçirilmişdir.
Festivala ölkəmizin 35 şəhər və rayonundan, həmçinin 5 xarici ölkədən 500-ə qədər iştirakçı qatılmışdır.
Festival çərçivəsində təqdim edilən mürəbbələr müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlərdən ibarət münsiflər heyyəti tərəfindən keyfiyyət və kəmiyyət baxımından qiymətləndirilmişdir.
Festivalda iştirak edən Zərdab rayonu qızıl medala layiq görülmüşdür. Rayonumuz festivalda gilas, böyürtkən, çiyələk, gavalı, heyva, qoz, ərik və gül mürəbbələri ilə iştirak etmişlər.