Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda kənd yolları təmir edilir

03 sentyabr 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının təmiri və tikintisi ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Zərdab rayonunda da uğurla icra olunur. Artıq rayonun Körpükənd, Məlikli, Burunlu, Yarməmmədbağı, Əlibəyli, Allahqulubağı, Gəlmə, Hüseynxanlı, Xanməmmədli, Pərvanlı, Alıcanlı, Məlikumudlu, Dəli Quşçu, Kəndəbil kənd və Bəyimli qəsəbə yollarında xeyli təmir-abadlıq işləri aparılmışdır. Son günlərdə isə Məmmədqasımlı kəndinə gedən 2 km uzunluğunda yolun təmirinə başlanılmış və işlər artıq başa çatdırılmışdır.

Keçidlər