Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqlar üçün bayram tədbiri keçirilib

30 dekabr 2025 | 15:45

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramo Hacıyev, İHB Aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyətinin nümayəndələri, körpələr evi-uşaq bağçalarının uşaqları və rayonun incəsənət nümayəndələri iştirak edib. İcra Hakimiyyəti başçısının birinci müavini  Ramo Hacıyev çıxış edərək tədbir iştirakçılarını Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin adından salamlayıb, səmimi ürək sözlərini və xoş arzularını çatdırıb. R.Hacıyev bildirib ki, bu gün xoşbəxt xalqıq ki, qarşıdan gələn 2026-cı ili, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü artıq neçə ildir ki, qalib xalq olaraq qeyd edirik. Qalib xalqın nümayəndəsi olaraq hər bir ölkə vətəndaşı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Vətənin ərazi bütövlüyünü canından əziz tutan şəhidlərimizə, sağlamlığını torpaq üçün itirən qazilərimizə minnətdarıq. Sonra tədbir konsert proqramı ilə davam etdirilib. Rayonun körpələr evi-uşaq bağçalarının uşaqları şeir, rəqslər və səhnəciklərlə, incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər. Tədbirdə uşaqları əyləndirən Şaxta baba azyaşlılara Yeni il arzularını çatdırıb. Sonda tədbirdə iştirak edən hər bir uşağa Rayon İcra Hakimiyətinin adından hədiyyələr paylanılıb.

Keçidlər