Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı günü qeyd edildi

09 noyabr 2012 | 16:00

8 noyabr 2012-ci il tarixdə Heydər Əliyev parkında 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Daha sonra rəsmi hissə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin çıxışı ilə davam etmişdir. L.Babayev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər ilin 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi təsis olunmuşdur. Dövlət Bayrağı Günü artıq üçüncü dəfə qeyd edilir. Və bu bayram günü ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20-ci ildönümü eyni dövrə təsadüf etmişdir. Hər bir dövlətin bayrağı həmin ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir. Rayon İcra Hakimiyyətinin başçısı bütün rayon sakinlərini bu əlamətdar gün münasibətilə təbrik etmiş, dövlət atributlarımızın, o cümlədən bayrağımızın müqəddəsliyi və bayrağımıza ehtiram göstərilməsinin hər bir vətəndaşın borcu olduğunu vurğulamışdır. L.Babayev qeyd etmişdir ki, rayonda 2 yerdə bayrağımız vardır. Rayon İcra Hakimiyyətinin həyətindəki meydanda hündürlüyü 18 metr olan bayraq qaldırılmış və şəhər mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 42-ci ildönümü münasibətilə 14 iyul 2011-ci ildə 42 metr hündürlüyündə bayraq qaldırılmış və Dövlət Bayrağı meydanı salınmışdır.
Rayon mədəniyyət evinin kollektivi 9 noyabr 2012-ci il tarixdə saat 17:00-da Heydər Əliyev parkında Dövlət Bayrağı günü münasibətilə möhtəşəm konsert proqramı ilə çıxış etmişdir.
 

Keçidlər