Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB

18 sentyabr 2015 | 15:00

18 sentyabr 2015-ci il tarixdə Zərdab rayon Mərkəzi xəstəxanasında səhiyyə işçilərinin iştirakı ilə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi”, “Fövqəladə hallar zamanı özünü necə aparmalı?”,  “112 qaynar xəttinə hansı hallarda müraciət etmək olar” mövzularında maarifləndirici tədbir keçirilmişdir. Keçirilən tədbirin əsas məqsədi əhalinin baş verə biləcək fövqəladə hallara hazır olması, su hövzələrində təhlükəsizliyin təmin edilməsindən ibarət olmuşdur.
Tədbirdə Mərkəzin əməkdaşlarının məruzələri dinlənilmiş, paylanılmış bukletlər ətrafında müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Keçidlər