Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda əmək yarmarkası keçirilib

22 sentyabr 2015 | 15:00

Zərdabda əmək yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət evində təşkil olunan əmək yarmarkasında 350 nəfər işaxtaran iştirak edib. Rayon icra hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi Ülvi İsmayılov, rayon məşğulluq mərkəzinin direktoru Ədalət Rəhimov tədbirdə çıxış edərək dövlət məşğulluq siyasətinin uğurlu nəticələrindən, son illər rayonda həyata keçirilən sosial-iqtisadi layihələrdən, yeni dövlət və sahibkarlıq obyektlərinin fəaliyyətə başlamasından, bununla da yeni iş yerlərinin açılmasından danışıblar.

Qeyd edək ki, əmək yarmarkasına 48 təşkilat üzrə 194 vakant iş yeri çıxarılıb. İşaxtaranlara ən çox iş yeri rayon mərkəzi xəstəxanasından, təhsil şöbəsindən təklif olunub.

Əmək yarmarkasında 39 təşkilat üzrə 48 nəfərə vakant iş yeri üçün göndəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Keçidlər