Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA QURBAN BAYRAMI QEYD EDİLDİ

24 sentyabr 2015 | 15:00

24 sentyabr 2015-ci il tarixdə Zərdabda qurban bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
İcra Hakimiyyətinin rəhbərliyi altında qurbanlar kəsilərək şəhid ailələrinə, Qarabağ və Çernobıl əlillərinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, yataq xəstələrinə, tənha və imkansızlara paylanılmışdır. Ümumilikdə 350-dən çox ailə bayram payı ilə təmin olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Qurban bayramı münasibətilə təşkil olunan mərasimdə çıxış edərək bütün zərdablıları bayram münasibətilə təbrik etmiş, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından söhbət açmışdır. Müqəddəs Qurban bayramının mahiyyəti haqqında geniş məlumat vermişdir.
Tədbir iştirakçıları dövlətimizin milli mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər