Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA “PSİXİ SAĞLAMLIĞIMIZIN QAYĞISINA QALAQ” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

08 oktyabr 2015 | 15:00

08 oktyabr 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyəti ilə Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin birlikdə təşkil etdiyi “Psixi sağlamlığımızın qayğısına qalaq” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva açaraq qonaqları və konfrans iştirakçılarını salamlamışdır.
Sonra Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva “Müasir insan həyatında psixologiyanın rolu”, Mərkəzin mütəxəssisi Nigar Məmmədova “Yaş dövrləri”, Aygün Mehdiyeva isə “Uşaqlarda nitq qüsurları və onların yaranma səbəbləri” mövzularında məruzələrlə çıxış etmişlər.
Daha sonra “Ailə münaqişələrinin yaranması və aradan qaldırılması yolları” və “Stresi necə atmalı” mövzularında treninqlər keçirilmiş, mövzuya uyğun video slaydlar nümayiş etdirilmişdir.
Treninqlərdən sonra Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən uşaqlar müayinə edilmiş, onların valideynlərinə məsləhətlər verilmiş, fərdi psixoloji konsultasiyalar aparılmışdır.

Keçidlər