Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Dini işlər üzrə komissiyanın iclası keçirilib

15 oktyabr 2015 | 15:00

Məhərrəmlik ayının başlanması ilə əlaqədar 14 oktyabr 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı yanında fəaliyyət göstərən Dini işlər üzrə komissiyanın iclası keçirilmişdir. İclasda komissiya üzvləri, rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı iclası giriş sözü ilə açmış və məhərrəmlik ayının gəlməsi ilə bağlı komissiya qarşısında duran vəzifələrdən danışmışdır. İcra başçısı məhərrəmlik ayı ərzində əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatına ciddi nəzarət edilməsi barədə tapşırıqlarını vermişdir.
İclasda çıxış edənlər iclasın vacibliyini vurğulamış, görülən bütün işlərə görə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər