Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı məktəblərdə görüşlər keçirdi

14 oktyabr 2015 | 15:00

14 oktyabr 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısının şəhər 1 nömrəli məktəb-liseyin və 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivləri ilə görüş keçirilmişdir. İcra başçısı görüşlərdə çıxış edərək son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda həyata keçirilən tədbirlər Zərdab rayonundan da yan keçməmiş, rayonda böyük tikinti-quruculuq işləri aparılmış, əhalinin sosial problemlərinin əksəriyyəti öz həllini tapmışdır.
İcra başçısı çıxışında rayon təhsilində əldə olunmuş uğurlardan, eləcə də mövcud nöqsan və çatışmazlıqlardan danışmış, yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
Görüşdə çıxış edənlər təhsil sahəsinin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş və işlərində yol verdikləri nöqsanların qısa müddətdə aradan qaldırılmasına səy göstərəcəklərini vurğulamışlar.

Keçidlər