Şriftin ölçüsü :

Saytın rəngi :

VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ VƏ AZTƏMİNATLI AİLƏLƏRİN UŞAQLARINA MƏKTƏBLİ GEYİMLƏRİ VƏ DƏRS LƏVAZİMATLARI VERİLDİ

28 oktyabr 2015 | 16:00

28 oktyabr 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan məktəblilərə məktəbli geyimlərinin və dərs ləvazimatlarının verilməsinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirak və çıxış etmişdir. Öncə dərs ilinin başlanması münasibətilə məktəbliləri və valideynləri bir daha təbrik edən icra başçısı, onlara yeni tədris ilində uğurlar arzulamışdır. İcra başçısı ölkə Prezidentinin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi qayğıdan söhbət açmışdır.
Sonra 192 nəfər aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan uşaqlara məktəbli geyimləri və dərs ləvazimatları verilmişdir. Qeyd olunmuşdur ki, əvvəlki illərdə də bu kateqoriyadan olan uşaqlara geyimlərin və dərs ləvazimatlarının verilməsi təmin edilmişdir. Belə ki, 2013-cü ildə 202, 2014-cü ildə isə 180 nəfər aztəminatlı və imtiyazlı ailələrdən olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları paylanmışdır.
Yığıncaqda çıxış edən məktəblilər və valideynlər onlara göstərilən qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər