Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA DÖVLƏT BAYRAĞI GÜNÜ QEYD OLUNUB

06 noyabr 2015 | 16:00

9 noyabr Dövlət Bayrağı günü münasibətilə Zərdab rayonunda tədbir keçirilib. İcra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bu tarixi günün əhəmiyyətindən danışıb. Bildirib ki, hər bir xalqın ən müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bayraq eyni zamanda dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır. Rayon rəhbəri Azərbaycan Respublikasının Dövlət bayrağının yaranması tarixi və bu gün müstəqil ölkəmizdə Dövlət atributu kimi ona göstərilən ehtiramdan ətraflı danışıb. Bildirib ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il oktyabrın 18-də isə üçrəngli bayrağımız müstəqil ölkəmizin Dövlət bayrağı elan olunub. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli sərəncamı ilə Dövlət Bayrağı Meydanının yaradılması milli-mənəvi dəyərlərimizə, dövlət atributlarımıza ehtiramın ən bariz nümunəsidir. Zərdab rayonunda da 2011-ci ildə Dövlət Bayrağı Meydanı yaradılıb. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil müəssisələrində daima dövlət atributlarımıza hörmət və məhəbbət hissi aşılanır.

Keçidlər