Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABLI UŞAQLAR GÖYGÖLDƏ YER TUTDULAR

21 noyabr 2012 | 16:00

20 noyabr - Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Yarat!” təşkilatı ilə birgə 06-09 noyabr 2012-ci il tarixlərdə xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı və imkansız ailələrə yardım məqsədi ilə “Bacar Art “ adlı layihənin başlanmasına start vermişlər. Bu layihədə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi də fəal iştirak etmişdir. Aztəminatlı ailələrdən olan, tək valideyn himayəsində olan Mustafazadə Brilliant Vüqar qızı, Məhəmmədli Bünyamin Tapdıq oğlu, Əhədova Sürmə Qnyaz qızı və Mərkəzin direktoru Könül Həsənova bu məqsədlə Göygöl şəhərində keçirilən layihədə iştirak etmişlər. Burada uşaqlara “Master Klass” verilmişdir.
16 noyabr 2012-ci il tarixdə uşaqların əl işləri toplanaraq “Yarat!“ təşkilatına göndərilmişdir. 20 noyabr 2012-ci il tarixdə Bakı şəhərində “Cempriski” Hotelində layihənin yekun tədbiri keçirilmiş və uşaqların əl işlərindən ibarət sərgi-auksion təşkil olunmuşdur. Auksionda Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin uşaqlarının 9 əl işi satışa çıxarılmış və bunlardan 6-sı satılmışdır. Uşaqlar seçilən ilk onluğa düşmüşlər.
Sonda isə uşaqlar Komitənin və “Yarat!” təşkilatının hazırladığı hədiyyələrlə təltif olunmuşlar.
 

Keçidlər