ZƏRDABDA QANVERMƏ AKSİYASI KEÇİRİLİB
Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə talassemiya xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə 16 noyabr 2015-ci il tarixdə Zərdab rayonunda növbəti dəfə qanvermə aksiyası keçirilib. Humanitar tədbirin yüksək səviyyədə həyata keçirilməsi üçün rayon poliklinikasında hər cür şərait yaradılıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində mərkəzi qan bankının həkim briqadası rayona ezam olunub. Əvvəlcə donorların ümumi sağlıq durumu yoxlanılıb. Səhhəti imkan verən sakinlərdən qan nümunələri götürülüb. Humanitar aksiyada 500 nəfərə yaxın rayon sakini könüllü iştirak edib. Qanvermə aksiyasında təhsil, səhiyyə və mədəniyyət işçiləri, polis əməkdaşları və digər müəssisələrin kollektivləri daha fəal iştirak ediblər.
Qanvermə aksiyasında iştirak edən rayon sakinləri bu cür xeyirxah addımların əhəmiyyətini yüksək qiymətləndirməklə ölkəmizin birinci xanımı Mehriban Əliyevaya öz təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, donorlardan alınan qan nümunələri qablaşdırılaraq mərkəzi qan bankına göndərilib.