Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA AĞACƏKMƏ KAMPANİYASI KEÇİRİLİB

28 noyabr 2015 | 16:00

“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Zərdab rayonunda yeni yaşıllıqların salınması, ekoloji mühitin bərpası və mövcud yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi istiqamətində mühüm addımlar atılır. İndiyə kimi rayonun park və xiyabanlarında, inzibati ərazi dairələrinin ərazisində, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin ətraflarında, o cümlədən magistral yolların kənarlarında 5 min ədəddən çox müxtəlif ağac və gül kolları əkilib. Növbəti ağacəkmə kampaniyasında müxtəlif idarə və müəssisələrdən 1500 nəfərdən çox sakin iştirak edib. Onlar əsasən mərkəzi küçə və meydanlarda, Zərdab-Ucar magistral yolunun sağ və sol tərəflərində 2 min ədəd şam, akasiya, türk qovağı və digər ağaclar əkiblər. Eyni zamanda mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Bu işlər qarşıdakı həftələrdə də davam etdiriləcəkdir.
Rayon sakinləri “Ümumrespublika yaşıllaşdırma” marafonunun əhəmiyyətini yüksək qiymətləndiriblər.

Keçidlər