ZƏRDABDA DƏYİRMİ MASA KEÇİRİLDİ
07 dekabr 2015-ci il tarixdə YAP Zərdab rayon təşkilatının iclas zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin və Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Radikalizmə qarşı mübarizədə region gənclərinin dini icmalarla birgə əməkdaşlığı, imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir.
Yığıncağı Zərdab Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva açmış, iştirakçıları və qonaqları salamlamışdır.
Yığıncaqda qeyd olunmuşdur ki, ölkəmizdə dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənmişdir. Gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışılmış, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyi vurğulanmışdır.
Dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbə müdiri Nizami Məmmədov, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov iştirak və çıxış etmişlər.