ZƏRDABDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ SATIŞ YARMARKASI TƏŞKİL OLUNDU
30 dekabr 2015 | 16:00
30 dekabr 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 31 dekabr dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Satış yarmarkasının təşkilində əsas məqsəd bayramqabağı bazarlarda süni qiymət artımının qarşısını almaq və əhalinin çoxçeşidli ərzaq məhsullarına olan tələbatını ödəməkdir. Yarmarkada səliqə-sahman, satıcılara, eləcə də bazarlıq etməyə gələn rayon sakinləri üçün əlverişli şərait təşkil olunmuşdur. Yarmarkada qiymətlərə Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış işçi qrupu nəzarət etmiş, məhsulların qiymətləri bazar qiymətlərinə nisbətən ucuz olmuşdur.