Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilmişdir

11 yanvar 2016 | 16:00

Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş qrafikə əsasən rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2015-ci ilin yekunlarına dair hesabat yığıncaqlarının keçirilməsi davam etdirilir. 11 yanvar 2016-cı il tarixdə İcra Hakimiyyəti Başçısının Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Sabit Heydərov 2015-ci ildə nümayəndəliyin ərazisində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışmışdır. Bildirmişdir ki, 2015-ci ildə nümayəndəliyin ərazisində kəndarası yollarda cari təmir işləri aparılmışdır. Əhalinin suvarma suyuna olan tələbatını ödəmək üçün 11 km uzunluğunda kanal qazılmış, 8 km uzunluğunda kanal lildən təmizlənmişdir. İl ərzində 546 hektar sahədən 1607 ton taxıl istehsal edilmiş, məhsuldarlıq 29,4 sentner olmuşdur. 821 hektar sahədə 4300 ton yonca istehsal olunmuşdur. İribuynuzlu mal-qaranın sayı 3264, xırdabuynuzlu mal-qaranın sayı isə 3415 başa çatdırılmışdır.
Hesabat yığıncağında Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev iştirak və çıxış etmişdir.
Yığıncaqda çıxış edən kənd sakinləri ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə Ölkə Prezidentinə minnətdarlıq etmiş, eyni zamanda öz təklif və xahişlərini bildirmişlər.
Sonda irəli sürülən təkliflər və qaldırılan məsələlər qeydə alınmış, həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər