Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı yanında Dini İşlər üzrə Komissiyanın iclası keçirildi

14 yanvar 2016 | 16:00

13 yanvar 2016-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı yanında Dini İşlər üzrə Komissiyanın “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından rayon ərazisində dini durumun sabit saxlanılması üçün qarşıda duran vəzifələr barədə iclası keçirilmişdir. İclasda Komissiya üzvləri, Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, dini icma rəhbərləri, din xadimləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak etmişlər.
İclası giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının birinci müavini, Dini İşlər üzrə Komissiyanın sədri Rəhman Feyzullayev “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından rayon ərazisində dini durumun sabit saxlanılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat vermişdir.
İclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar regional şöbəsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, Rayon polis şöbəsinin rəis müavini Bilal Nuriyev, Zərdab Cümə məscidinin axundu Feyzulla Tağıyev, Cümə məscidinin imamı Yusif Məmmədov respublikamızda dini durumun sabitliyinin qorunub saxlanması istiqamətində icrası vacib olan məsələlər barədə çıxış etmişlər.
Çıxış edənlər Respublika Prezidenti tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsinə, dini etiqad azadlığının təmin olunması və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər