Şriftin ölçüsü :

Saytın rəngi :

BAĞÇA UŞAQLARI VƏ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN İBTİDAİ SİNİF ŞAGİRDLƏRİ 20 YANVAR FACİƏSİ QURBANLARINI YAD ETDİLƏR

19 yanvar 2016 | 16:00

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 19 yanvar 2016-cı il tarixdə rayonun körpələr evi - uşaq bağçalarının uşaqları və ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri Şəhidlərin Xatirə parkını ziyarət etmiş, parkda yerləşən abidə komplekslərinin önünə gül dəstələri qoymuşlar.
Uşaqlara 20 yanvar şəhidlərinin xatirəsinin daim uca tutulduğu, bu istiqamətdə dövlət tərəfindən ardıcıl şəkildə həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir.

Keçidlər