ZƏRDAB RAYON İCRA HAKİMİYYƏTİNDƏ OPERATİV MÜŞAVİRƏ KEÇİRİLDİ
2016-cı il 18 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək tədbirləri barədə 19 yanvar 2016-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı yanında idarə, təşkilat, yerli icra və bələdiyyə orqanları rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkə Prezidenti cənab İlham Əliyevin nitqlərinin tələblərinə uyğun olaraq qarşıda duran vəzifələrdən danışmış, bu vəzifələrin rayonda icrasını təmin etmək məqsədilə müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını vermişdir.
Çıxış edənlər qarşıda duran vəzifələri dərindən dərk etdiklərini, həyata keçirilən tədbirlərin bütövlükdə insan amilinə xidmət etdiyini vurğulamaqla, həmin vəzifələrin həyata keçirilməsi üçün səylə çalışacaqlarını bildirmiş və ölkə əhalisinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə etmişlər.